son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Mourinyo üçün ödənilən məbləğ

Bölmə adı Futbol / İspaniya
Yayımlandı 10-06-2026, 10:48

İspaniyanın "Real" klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna təyinatı üçün "Benfika"ya 15 milyon avro ödəməyə razılaşıb.


Sport1.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisi "Benfika"nın mətbuat xidməti məlumat yayıb.


Lissabon klubu eyni zamanda yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı bundan sonra Marku Silva çalışdıracaq.


63 yaşlı Joze Mourinyo 2010-2013-cü illərdə də "Real"a rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.


Mütəxəssis 2025-ci ilin sentyabrından "Benfika"nın baş məşqçisi idi. O, karyerası ərzində Portuqaliyanın "Leyriya" və "Portu", İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma", eləcə də Türkiyənin Fenerbahçe S.K. klublarında çalışıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR