son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış oldular

Bölmə adı Güləş
Yayımlandı 9-06-2026, 15:33

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komandanın üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.


Sport1.az xəbər verir ki, seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idmanın dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub.


Tədbir 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də antidopinq qayda pozuntularının nəticələri barədə ətraflı məlumat verib.


Sonda güləşçilərin sualları cavablandırılıb və testlər vasitəsilə praktiki biliklər təkmilləşdirilib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR