son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşüb

Bölmə adı Digər
Yayımlandı 8-06-2026, 20:10

İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının idman naziri Zoran Qayiçi qəbul edib.


Sport1.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya idman nazirinin müşaviri Zelko Traykoviç, Serbiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR