
Rusiyalı mütəxəssis Sergey Yuran "SKA-Xabarovsk" klubunun baş məşqçi vəzifəsindən ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yuran ailə vəziyyəti ilə əlaqədar vəzifəsinin icrasına başlaya bilməyəcəyini rəhbərliyə çatdırıb və postundan azad olunmasını xahiş edib.
Klub Yuranın müraciətini anlayışla qarşılayaraq iki həftə əvvəl baş məşqçi təyin edilən mütəxəssisin istefasını qəbul edib.
"SKA-Xabarovsk"ın yeni baş məşqçisi vəzifəsinə isə Mixail Semyonov təyin olunub.