
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, Ratomir Deliçin yetirmələri 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.
Görüş rəqibin üstünlüyü ilə başlayıb. Komanda hesabda önə keçsə də, təmsilçilərimiz geridönüş etməyi bacarıblar.
Basketbolçularımız 18:16 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.