
"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi Vinçenzo İtalyano ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Vinçenzo İtalyanonun son iş yeri "Bolonya" klubu olub.