
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi növbəti yoxlama oyununu keçirib.
Sport1.az xəbər verir ki, komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb.
Slovakiya - Monteneqro - 2:2
Qollar: Bozenik, 4 (1:0), Osmajiç, 44 (1:1); 66-pen., (1:2), Duda, 74 (2:2)
Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan Marko 69-cu dəqiqədə, hesab 2:1 Monteneqronun xeyrinə olarkən Milan Roqanoviçlə əvəzlənib.