son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Bölmə adı Digər
Yayımlandı 3-06-2026, 18:23

3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə Bakıda veloyürüş təşkil olunub.


Sport1.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Velosiped İdmanı Federasiyası və “APAR” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir velosiped nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb.


Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan veloyürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilər Dənizkənarı Bulvar ərazisi ilə hərəkət ediblər.


Tədbir çərçivəsində iştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.


Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.


Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin aprel ayında qəbul etdiyi Qətnamə ilə 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu gün dünyanın müxtəlif ölkələrində velosiped mədəniyyətinin təşviqi, yol hərəkəti təhlükəsizliyinin artırılması və dayanıqlı nəqliyyat həllərinin dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR