son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Millinin seçim mexanizmindəki boşluqlar - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 2-06-2026, 12:40

Azərbaycan futbolunun əsas dərdi istedad azlığı yox, onları düzgün qiymətləndirməməkdir. Bunun son örnəyini U-21-nin heyətindəki yerdəyişmədə gördük.


"Sabah"ın zədələnən üzvü Rəvan Mirzəmmədovun yerinə "Neftçi-2"-dən 16 yaşlı Nurəziz Əzizovun yığmaya dəvəti suallar doğurur. Gənc qolkiperin potensialına söz yoxdur, lakin "Sumqayıt"ın heyətində Premyer Liqa təcrübəsi toplayan Xəyal Fərzullayevin kənarda qalması izaholunmazdır.


Futbolda inkişafın təməli rəqabətdir. Premyer Liqanın təzyiqi ilə əvəzedici heyətin oyun praktikası eyni çəkiyə malik deyil. Beynəlxalq təcrübədə milli komandaya dəvət üçün əsas şərt davamlı oyunmaq olduğu halda, bizdə hazırkı performansı kölgədə qoyan seçimlər edilir. Bu isə elitada özünü sübut edən oyunçunun motivasiyasını qırır.


Problem futbolçu azlığında yox, şəffaf seçim mexanizminin yoxluğundadır. Gənc oyunçular göstərdikləri performansın qiymətləndirilmədiyini gördükdə, klubların onlara güvənməsi də çətinləşir. Milli komandanın qapısı meydanda özünü isbatlayanlara bağlıdırsa, gənclər hansı meyarla irəliləyəcəklərini necə anlasınlar?


Xəyal Fərzullayev məsələsi sadəcə bir futbolçunun taleyi deyil, seçim ədalətinin sınağıdır. Elitada oynayan oyunçu belə diqqətdən kənarda qalırsa, sual vermək haqqımızdır: Xəyal Fərzullayev bu gün milli komandaya layiq deyilsə, nə vaxt olacaq?


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR