İngiltərəli futbolçusu Ceydon Sanço Almaniyanın "Borussiya" (Dortmund) klubuna dönmək niyyətindədir.Sport1.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
İcarə əsasında "Çelsi"nin formasını geyinən 25 yaşlı oyunçu agentlərində Almaniya klubuna keçidini həll etməyi tapşırıb.
Sanço 2021-ci ildə "Borussiya"dan "Mançester Yunayted"ə keçib. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"nın uğurları üçün tər töksə də, yayda yenidən İngiltərəyə, bu dəfə "Çelsi"yə icarəyə verilib.
Qeyd edək ki, Sanço karyerası ərzində "Borussiya"nın heyətində 158 oyun keçirib, 53 qol vurub və 64 məhsuldar ötürmə edib.