SON DƏQİQƏ
“Monako”nun 2026/27 mövsümündə yeni baş məşqçisi müəyyənləşib.
Sport1.az verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransa təmsilçisi bu ilin martında “Flamenqo”dan ayrılan Filip Luislə razılığa gəlib. Braziliyalı mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
“Atletiko” və Braziliya millisindəki çıxışı ilə tanınan 40 yaşlı sabiq futbolçu 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı və komanda ilə 5 titul qazanıb. Xatırladaq ki, Qitələrarası Kubokun finalında Rio-de-Janeyro təmsilçisi PSJ-yə penaltilər seriyasında uduzub — 1:1 (1:2). Paris klubunun rusiyalı qapıçısı Matvey Safonov dörd penalti zərbəsini dəf edib.
Qeyd edək ki, “Monako” cari mövsüm Sebastyen Pokonyolinin rəhbərliyi altında Fransa çempionatını 7-ci pillədə başa vurub.