son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

“Qarabağ”la vidalaşdı: “Bu forma ilə böyüdüm və xatirələr qazandım”

Bölmə adı Futbol
Yayımlandı 28-05-2026, 12:53

“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım”.


Sport1.az verir ki, bu sözləri “Qarabağ”dan Türkiyənin “Bursaspor” klubuna transfer olunan Toral Bayramov sosial şəbəkə hesabında yazıb.


25 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə vidalaşaraq klubda keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:


“Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ” mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi”.


Milli futbolçu UEFA Çempionlar Liqasında əldə olunan uğura da toxunub:


“Doğma “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb keçidimə anlayışla yanaşan rəhbərliyə xüsusi təşəkkür edirəm”.


Bayramov paylaşımını “Hər son yeni başlanğıcdır. Görüşənədək, uğurlar “Qarabağ” sözləri ilə tamamlayıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR