son dəqiqə SON DƏQİQƏ
Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək - İdmançılarımız Avropa Çempionatına hazırlığı Gəncədə davam etdirirlər AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - Birinciliyin qalibi müəyyənləşib "Neftçi"dən yubiley qələbəsi Dünya Çempionatı başa çatıb: Yığmamız bu nəticə ilə 4-cü olub Yusif İmanov üçün uğursuz göstərici "Neftçi" bunu 150-ci dəfə bacarıb Günün oyunları: AÇ: Yığmamız Rumıniya ilə üz-üzə "Neftçi" darmadağınla turnir cədvəlinin lideri oldu - Tovuzda qolsuz heç-heçə - Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik”

Mbappenin klubu “Mançester Siti”nin keçmiş futbolçusuna tapşırıldı

Bölmə adı Fransa
Yayımlandı 29-12-2025, 22:26

Fransada diqqətçəkən məşqçi təyinatı baş tutub.


Sport1.az xəbər verir ki, yığmanın sabiq üzvü Qael Klişi “Kan”ın baş məşqçisi vəzifəsinə gətirilib. Məlumat klubun mətbuat xidməti məlumat yayıb.


Bu təyinatın əsas diqqətçəkən tərəflərindən biri “Kan”ın əsas səhmdarının “Real Madrid”in hücumçusu Kilian Mbappe olmasıdır. Məhz bu detal Qael Klişinin baş məşqçi postuna gətirilməsini Fransa futbol gündəminin əsas mövzularından birinə çevirib.


Xatırladaq ki, Klişi futbolçu karyerası dövründə “Arsenal” və “Mançester Siti” kimi klublarda çıxış edib. Aktiv karyerasını başa vurduqdan sonra “İstanbul Başakşehir” və “Servett”də oyunçu-məşqçi funksiyasını yerinə yetirib. Daha sonra isə Tyerri Anrinin məşqçi heyətində Fransa U-21 millisində çalışıb və Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Onu da əlavə edək ki, Qael Klişi futbolçu kimi ilk peşəkar addımlarını məhz “Kan”da atıb. Hazırda komanda Fransa üçüncü divizionunda mübarizə aparır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR