son dəqiqə SON DƏQİQƏ
Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq

UFC-nin Azərbaycana nə kimi faydası olacaq? - MMA Federasiyasının prezidenti AÇIQLADI

Bölmə adı Döyüş / Manşet
Yayımlandı 18-04-2025, 10:57

Azərbaycan ilk dəfə məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Sport1.az xəbər verir ki, bu tarixi hadisə iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsi Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçəcək.

UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi Mayamidə baş tutub.

Tədbirin əsas döyüşündə yarım ağır çəkidə keçmiş UFC çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill 7-ci pillədəki Xəlil Raundtri JR ilə qarşılaşacaq.

UFC-nin Azərbaycana nə kimi faydası olacaq? Bu idman növü ölkəmizdə daha da inkişaf edə bilər? Turnirdən gözləntilərimiz nədir? Suallarımızı MMA Federasiyasının Prezidenti Azad Əsgərova ünvanladıq. Qurum rəsmisi saytımıza açıqlamasında bunları söylədi:

"Adicə döyüş idmanı üzrə Bakı Birinciliyi keçiriləndə və ya döyüş sənəti ilə bağlı filmlər nümayiş olunanda insanlarda maraq yaranır. Odur ki, UFC-in ölkəmizdə keçirilməsi əlamətdar hadisədir. Turnirə ev sahibliyi etməyimizlə döyüş idmanı növünün daha da populyarlaşacağını düşünürəm. Ölkəmizə güclü döyüşçülər gəldikcə və beynəlxalq turnirlər keçirildikcə MMA bizdə də inkişaf edəcək. Bundan əlavə, özümüzdə də cəngavərlər yetişəcək".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR