
Timoteuş Puxaçın "Sabah"la gələcəyi böyük ölçüdə dəqiqləşib.
Sport1.az-ın Polşa mediasına istinadən yaydığı məlumata görə, hazırda Bakı təmsilçisində icarə əsasında çıxış edən 27 yaşlı sol cinah müdafiəçisi klubla şəxsi müqavilə şərtlərində razılığa gəlib.
Müqavilə ilə Almaniyanın Holstein Kiel klubuna məxsus olan futbolçunun mövsüm başa çatdıqdan sonra “Sabah”a tam transfer olunacağı gözlənilir.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Puxaç paytaxt təmsilçisi ilə 3 illik sözləşmə imzalayacaq və 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.
Hazırda əsas məsələ Almaniya klubunun transferə yekun razılıq verməsidir. “Holştayn Kil” əvvəlcə futbolçu üçün 1 milyon avro tələb etsə də, keçidin 600-700 min avro civarında baş tutacağı ehtimal olunur.
Əgər transfer bu məbləğə gerçəkləşsə, polşalı müdafiəçi “Sabah” tarixinin ən bahalı transferi kimi yadda qala bilər. Hazırda klubun rekord keçidi Kahim Parrisa məxsusdur. Yamaykalı vinger 2024-cü ildə Dynamo Kyivdan 600 min avroya transfer olunmuşdu.
Qeyd edək ki, Timoteuş Puxaç cari mövsümdə Misli Premyer Liqasında 12 məhsuldar ötürmə ilə diqqət çəkib.