
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqada çempionluğu əldə etdikdən sonra UEFA Çempionlar Liqasını qazanmaq arzusunu dilə gətirib.
Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bunu deyib:
“Azarkeşlər bütün mövsüm bizi dəstəkləyiblər, ona görə də, çempionluğu onlarla bölüşməyimiz çox vacibdir. Onlarla çox yaxşı əlaqəmiz var.
Burada böyüyən çoxlu məzunlarımız var. Gənc oyunçular komandaya sahib olduqları hər şeyi verirlər və düşünürəm ki, biz də əlaqəmiz vasitəsilə bunu azarkeşlərə ötürürük. Gənc oyunçular bizə çox enerji verirlər. Onların çoxlu keyfiyyəti var və buna görə də kuboklar qazanırıq. Bu komanda qalib gəlməyə çox can atır. Xüsusilə, Çempionlar Liqasında çox şey qazanmaq istəyirik və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.