
İngiltərə Çempionşipində pley-off yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Sport1.az xəbər verir ki, “Sauthempton” doğma meydanda “Midlsbro”nu qəbul edib.
İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün finala çıxacaq komandanın taleyi cavab görüşündə müəyyənləşib. Qarşılaşmaya qonaqlar daha yaxşı başlayıb. “Midlsbro” 5-ci dəqiqədə Rayli Makqrinin qolu ilə hesabı açıb.
“Sauthempton” fasilə ərəfəsində tarazlığı bərpa edib. 45+1-ci dəqiqədə Ross Stüart fərqlənərək hesabı 1:1 edib.
Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta gedib. 116-cı dəqiqədə Şea Çarlz “Sauthempton”un qələbə qolunu vurub. Bununla da meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
Finalda “Sauthempton” “Hall Siti” ilə qarşılaşacaq. Mayın 23-də “Uembli” stadionunda keçiriləcək görüşün qalibi Premyer Liqaya vəsiqə qazanacaq.