Çarlz Boli: "Matçın ilk 25 dəqiqəsində "yatmışdıq" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-09-2025, 11:36

Misli Premyer Liqasının VI turunda "Şamaxı" "Araz Naxçıvan" ilə heç-heçə etdi - 1:1

Qarşılaşmadan sonra Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Çarlz Boli Sport1.az-a açıqlamasında bunları söylədi:

"Güclü rəqibimiz var idi. Oyunun çətin keçəcəyi bəlli idi. Görüşün əvvəlində çox pis oynadıq. Lakin ikinci hissədə üstünlüyü ələ aldıq. Rəqibə təzyiq göstərdik. Üzgün vəziyyətdə 1 xalla qayıdırıq".

Futbolçu ötən oyunda "Qarabağ"a qarşı böyükhesablı məğlubiyyətin bu oyunda nəticəyə heç bir təsir etmədiyini söylədi:

"Həmin oyunu unutmuşuq. Tamamilə bu qarşılaşmaya köklənmişdik. Matçın ilk 20-25 dəqiqəsində "yatmışdıq". Bunun nəticəsi olaraq da qol buraxdıq. Etdiyimiz səhvlərdən nəticə çıxarıb, növbəti oyuna köklənməliyik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR