son dəqiqə SON DƏQİQƏ
Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq

"Araz-Naxçıvan"ın legioneri Avropa Liqasını arzulayır - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-04-2025, 13:47

“Azərbaycandakı karyeram ərzində bu, ən möhtəşəm mövsümümdür”.

Sport1.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos deyib.

Braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında hazırkı durumuna qiymət verib:

“Daha əvvəl “Qəbələ” ilə Azərbaycan Kubokunu qazansam da, indiki dönəm daha gözəldir. Oyunlara daha çox fokuslanmışam, daim qol və məhsuldar ötürmə sayını artırmağı düşünürəm. Hər şey istədiyim kimi gedir”.

28 yaşlı vinger ikinci dəfə ölkə kubokunu qazanmaq arzusundadır:

“Bu, “Araz-Naxçıvan”ın Premyer Liqada ikinci mövsümüdür. Qısa müddətdə bu səviyyəyə çatmaq azarkeşlər üçün möhtəşəmdir. Komanda çox gözəl uyğunlaşıb, məşqçilər korpusu və futbolçular hər matçda əllərindən gələni edirlər. İnanıram ki, kubokun finalına yenidən yüksələcəyik və Avropa Liqasına vəsiqə qazanacağıq. Hazırda əsas hədəfimiz budur”.

“Araz-Naxçıvan”dan əvvəl ölkəmizdə “Şamaxı” və “Qəbələ”nin formasını geyinmiş Santos mövsümün sonunda komandadan ayrılacağını istisna etməyib:

“Ümid edirəm ki, növbəti mövsüm daha gözəl olacaq. Burada qalıb-qalmayacağımı bilmirəm. Amma son günümə qədər əlimdən gələni edəcəyəm. Mənim və ailəmin gələcəyi üçün ən yaxşısını axtarıram. Hər kəs mənim bacarığımı bilir. Ona görə də yay “transfer pəncərəsi”ndə mənim üçün yaxşı şeylərin baş verməsini gözləyirəm”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 30 turdan sonra Premyer Liqada 52 xalla üçüncü pillədə qərarlaşır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR