"Yuventus"da itki

Bölmə adı İtaliya
Yayımlandı 17-04-2025, 14:02

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kenan Yıldız zədələnib.

Sport1.az xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçi Turin komandasının son məşqində sıradan çıxıb.

Türkiyəli oyunçu A seriyasında XXXIII turun “Parma”ya qarşı səfər matçını buraxa bilər. Yıldızın son durumuna tibbi müayinələrdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Parma" - "Yuventus" matçı aprelin 21-də keçiriləcək.

Müəllif: Sport1.az