son dəqiqə SON DƏQİQƏ
"Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ● Avropa Çempionatı başa çatdı: 10 idmançımız Türkiyədə medal qazandı ● "Klubda belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik" ● "Dünya futbolunda da olan hallardır, bunu düşünüb oyuna hazırlaşmışdıq" ● "Dalğa Arena"da qolsuz heç-heçə ● "Həm birinci, həm də ikinci qolda səhvlərimiz oldu" ● "Şamaxı"ya sürpriz etmək istəyirdik" ● "Şamaxı"nın seriyası Yevlaxda qırıldı ● "İmişli" "Şamaxı"nı məğlub edib, Mərdəkanda "sülh" qeydə alındı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ●

AFFA I və II Liqa klublarına cəzalar "yağdırdı"

Bölmə adı I Liqa / II Liqa
Yayımlandı 10-04-2026, 12:29

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Sport1.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:



I Liqa XXI tur


 


9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);


9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);


9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);


 


II Liqa XXI tur


 


6 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilsin (maddə 57.2);


6 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);


7 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Şirvan” – “Xankəndi” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilsin (maddə 86.3);


7 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir” komandasının 20 nömrəli futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);


9 aprel 2026-cı il tarixində II Liqada XXI turun “Quba” – “Sheki City” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilsin (maddə 68).

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR