“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin “Barselona”nın futbolçusu Markus Reşford barədə danışıb.
Sport1.az xəbər verir ki, 54 yaşlı veteran oyunçu İngiltərə millisinin hücumçusunun “Mançester Yunayted”dəki son dövründə problemlər yaratdığını vurğulayıb:
“O, təcrübəli oyunçu kimi standart yaratmalı və yeni futbolçulara klubun nə demək olduğunu göstərməli idi. İndi isə İngiltərə komandasında şansı var və buna layiqdir”
Bu mövsüm Reşford “Barselona” ilə bütün turnirlərdə 10 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.