“Fiorentina” “Milan”la keçiriləcək qarşılaşma öncəsi hücumçusu Mozes Kinin vəziyyəti barədə məlumat yayıb.Sport1.az xəbər verir ki, futbolçunun ciddi topuq zədəsi yoxdur. Amma hələlik fərdi məşqlərlə kifayətlənir. Kin ötən həftə Estoniya üzərindəki qələbədə ilk qolu vurduqdan sonra əvəzlənmişdi.
O, zədə səbəbindən İsrailə qarşı 3:0 hesabı ilə başa çatan görüşdə meydana çıxmayıb. “Fiorentina” heyətdəki durumu diqqətlə izləməyə davam edir.