son dəqiqə SON DƏQİQƏ
Konfrans Liqası: "Panatinaikos"dan heç-heçə Avropa Liqası: "Ferensvaroş" Polşa klubu ilə qarşılaşıb Çempionlar Liqası: "Fənərbağça" İstanbulda "Şturm"a qalib gəlib Məşqçi kimi qeydiyyatdan keçə bilmədi ÇL: "Sabah" məğlub oldu Nazir millimizin məşqində iştirak edib “Dinamo”nun baş məşqçisi: “Əlimizdən gələni edəcəyik” Bakıda keçiriləcək Dünya Çempionatlarına hazırlıq “Real”ın yetirməsi Bundesliqa klubunda Kuba millisinin üzvü “Turan”da Elnur Cəfərov: "Rəqabətədavamlı komanda qurmaq istəyirik" ÇL: “Sabah”ın oyunu gec başlayacaq: “Orhus” - “Sabah”: Millimiz İslandiya ilə bacarmadı Acunun komandasından rekord transfer “Kəpəz” onunla “yola davam” dedi Azərbaycanlı idmançı Dünya Çempionatında iştirak edəcək "Neftçi"nin avrokuboklardan kənarda qalmasının səbəbini özləri də bilmir" Azərbaycanın iki klubunun adı dəyişdirilib - "Qarabağ" Lublinə yollanıb - "Neftçi"dən Albaniya klubuna Azərbaycan II Liqasında 2026/27 mövsümünün püşkü atılıb UEFA İnkişaf Turniri: Millimizin oyunlarının təqvimi açıqlandı Taekvondoçularımızdan 22 medal Azərbaycanı Dünya Çempionatında 14 idmançı təmsil edəcək - "Karvan-Yevlax"da daha bir ayrılıq Veteran futbolçudan iddialı açıqlama: "Əvəzedilməz futbolçu yoxdur" "Kəpəz"də yeni müqavilə -

"Orada mənimlə it kimi davranırdılar" - Osimhemdən sərt sözlər

Bölmə adı Türkiyə
Yayımlandı 17-02-2026, 12:32

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bu gün UEFA Çempionlar Liqasında “Yuventus”la keçiriləcək oyun öncəsi İtaliya mətbuatına açıqlamalar verib.


Sport1.az  xəbər verir ki, o, "La Gazzetta dello Sport"a müsahibəsində “Napoli”də keçirdiyi dövrlə bağlı sərt sözləri xüsusilə diqqət çəkib.

“Napoli”dən “Qalatasaray”a keçidi barədə təəssüratları soruşularkən Osimhen bildirib: “Xoşuma gələn klub və şəhər tapdım, bəlkə də bu, təsadüf idi. İstanbula gələn kimi anlayırsan ki, burada oynamış hər kəs niyə komandaya və insanlara vurulur. Mən əvvəllər belə bir şey yaşamamışdım”.


Bu axşam qəbul edəcəkləri “Yuventus” barədə danışan Osimhen deyib: “Yüksək səviyyəli klubla qarşılaşmaq həyəcanverici olacaq. Bilirik ki, oyuna diqqəti itirməyə haqqımız yoxdur. Çünki "Yuventus"la matçda istənilən səhv baha başa gələ bilər”.


"Napoli"də məşqçisi olmuş Luçani Spalletti ilə münaqişəsi barədə yayılan söz-söhbətləri qəti təkzib edən ulduz hücumçu bildirib: “İnsanlar dalaşdığımızı deyirdi, amma bu, doğru deyil. Mən ona böyük hörmət edirəm. O, bizi Skudetto qazana biləcəyimizə inandırmaq üçün aylarla “Napoli”nin məşq bazasında gecə-gündüz çalışdı. O, Kimə, Angissaya, Kvaratsxeliyaya və mənə ən yaxşı formaya çatmaqda kömək etdi və biz onilliklərdir klubla titul qazandıq. O, çox şey tələb edirdi, amma qarşılığında da çox verirdi. Bəzi məşqçilər səni əvvəlcə insan kimi, sonra futbolçu kimi inkişaf etdirir”.


“Napoli”də yaşadığı böhran barədə danışan Osimhen sərt ifadələr işlədib: “Klubla aramızda belə razılaşma var idi ki, yay fasiləsində gedə bilərəm, amma qarşı tərəf sözünü tam tutmadı. Məni hara gəldi göndərməyə çalışırdılar, mənimlə it kimi davranırdılar. Bura get, ora get, bunu et, onu et… Karyeramda yüksəlmək üçün çox çalışmışam, belə münasibəti qəbul edə bilməzdim. Mən kukla deyiləm”.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR