son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Osimhen "Qalatasaray"a gəlir?

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 19-07-2025, 10:28

"Napoli" "Qalatasaray"ın Viktor Osimhen üçün göndərdiyi təklifi qəbul edib.

Sport1.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İstanbul klubu İtaliya təmsilçisinə 75 milyon avro ödəməyə hazıdır.

Mənbənin sözlərinə görə, "Qalatasaray" bu transfer üçün hazırda 40 milyon avro, gələn yay isə 35 milyon avro ödəyəcək. Eyni zamanda, futbolçunun müqaviləsinə qeyri-adi şərt də əlavə edilib. Belə ki, Viktor yaxın iki il ərzində İtaliya çempionatına qayıda bilməyəcək.

Qeyd olunur ki, hazırda sövdələşmənin sonrakı satış bəndi kimi yekun detalları razılaşdırılır.

Daha əvvəl başqa bir insayder Nikolo Şkira bildirmişdi ki, nigeriyalı forvard "Qalatasaray"la 2030-cu ilə qədər müqavilə imzalayacaq və bu müqaviləyə əsasən, hər mövsüm üçün 18 milyon avro alacaq.

Osimhen ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR