son dəqiqə SON DƏQİQƏ
Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurub

Plaza dilində sağlıq - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 15-04-2025, 20:32

Başım qarışıqdır.

Həm şəxsi işlərim, həm saytın inkişaf planı, həm də maliyyə məsələləri çox vaxtımı alır. Bu qədər işin içindən baş çıxartmağa çalışıram. Sport1.az 1 aydan artıq müddətdir ki, fəaliyyət göstərməyə başlayıb. Amma bu zaman ərzində gündəmə təsir etməyə bacarmışıq. Çünki planım var idi: əvvəlcə sənədləşmə işlərini həll etməli, sonra saytın dizaynının necə olacağını qəbul edərək veb-masterə verməli, eyni anda sosial şəbəkədə kütlə formalaşdırmalı idim. Bunları 1 ay müddətinə həll etdim. Amma işlərin hamısını özüm görmədim. Sənədləşmə işini, saytın dizaynını peşəkarlara tapşırdım. Sosial şəbəkələrdə kütlə yığmağı isə özüm həll etdim.

Çox uzatmayacam. Bunları niyə yazıram? Deməyim odur ki, sayt idarə etmək o qədər asan iş deyil. Normal komanda formalaşdırmalısan, işə ciddi nəzarət etməlisən. Bunun sayəsində də inkişaf edərək məqsədimizə çata bilərik.

2 aydır ki, mənim kimi başı çox qarışıq olan başqa bir şəxs var. Söhbət Cahangir Fərəcullayevdən gedir. AFFA-nın Hesabat Konfransında işlərinin çox olduğunu dilə gətirdi. Baş katibin çıxışı bir çox adama xoş gəlib. Çünki plaza dilində danışan Cahangir müəllim deyib ki, futbolumuzda problemlər var. Nə gözəl, alqışlar. Gəlin, məclislərdə AFFA-nın baş katibinə sağlıqlar söyləyək. Amma xahiş edirəm, deyilən tostlar plaza dilində olsun. Biri sağlığı da mən deyəcəm. Çünki bəziləri Cahangir bəyin çıxışına valeh olublar. İllərdir ki, bizim dediklərimizi dilə gətirmək qəhrəmanlıqdır? Onsuz da Cahangir bəyin söylədiklərini biz bilirik də. Baş katibi ora təyin ediblər ki, bu problemləri həll etsin. Çətinliklərin öhdəsindən necə gələcəyini söyləsin. Onsuz da ölkə futbolunda çatışmazlıqları aşağı-yuxarı hamı bilir. Ola bilər ki, Fərəcullayevin plaza dilində danışığı bəzilərinin ağlını başından alıb. Onların xətrinə bir tost deyirəm:

"Mən əlimdəki bu şatı Azərbaycan futbolunun fyuçəsi üçün dirink edəcəm. Çünki AFFA ekşn plan əsasında addımlayır. Əminəm ki, ölkə futbolundakı problemləri çılpaqlığı ilə dilə gətirən baş katib güclü kadrlar cəlb edərək belçikalıların 7 aya hazırladığı inkişaf strategiyasını həyata keçirəcək. O, bu işi AFFA-nın rəhbərliyinin təyin etdiyi dedlayna kimi məsuliyyətlilik və cavabdehliklə həyata keçirəcək. Cahangir müəllim bütün klişeləri alt-üst edərək azərbaycanlıların futbol oynadığını sübut edəcək".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR