son dəqiqə SON DƏQİQƏ
"Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ●

Azərbaycan və Belarus milli komandalarının birgə təlim-məşq toplanışı keçirilir

Bölmə adı Digər
Yayımlandı 16-04-2026, 13:59

​Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə növbəti təlim-məşq prosesini davam etdirir.


Sport1.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan bu hazırlıq mərhələsi Belarusun milli komandası ilə birgə keçirilir.


 Cari ilin 10 aprel tarixindən start götürən birgə təlim-məşq toplanışı hər iki ölkənin idmançıları üçün yüksək səviyyəli hazırlıq imkanı yaradır. Aprelin 20-nə qədər davam edəcək bu prosesin əsas məqsədi oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Gərgin məşq rejimində keçən toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər. Bu cür beynəlxalq səviyyəli birgə hazırlıqlar idmançıların qarşıdakı mötəbər yarışlara daha yüksək formada yollanmasına xidmət edir.


 Azərbaycan Kamandan Oxatma Federasiyası beynəlxalq hazırlıq prosesində iştirak edən hər iki komandaya qarşıdakı yarışlarda uğurlar arzulayır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR