
Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də Andorra yığması ilə keçirəcəyi oyun öncəsi mətbuat konfransı və açıq məşqə çıxacaq.
Sport1.az xəbər verir ki, hər iki tədbir aprelin 17-də “Bank Respublika Arena”da baş tutacaq. Belə ki, saat 17:15-də mətbuat konfransı keçiriləcək, saat 18:00-da isə komandanın açıq məşqi baş tutacaq.