
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.
Sport1.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.
Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.