
“Real Madrid”in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa “Liverpul”un maraq dairəsinə düşüb.
Sport1.az xəbər verir ki, Mersisayd təmsilçisi “kral klubu”nda əsas heyətdəki yerini qismən itirən 23 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Arne Slotun “Liverpul”dakı gələcəyi sual altında olsa da, klub rəhbərliyi Fransa millisinin üzvünü uzunmüddətli planlarına daxil edib.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən Madrid “Real”ının formasını geyinir.