son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

Portimaoda tarixi uğur – Avropa Çempionatı başa çatdı

Bölmə adı Digər
Yayımlandı 13-04-2026, 11:25

8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı Azərbaycan gimnastikası üçün əlamətdar nəticələrlə yekunlaşıb.


Sport1.az xəbər verir ki, ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub və idmançılarımız yarış boyunca yüksək performans nümayiş etdiriblər.


Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı pillədə tamamlayıb.


Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət heyətlərimiz final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətə imza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraq yüksək nəticə göstərib.


Sinxron proqramlarda da gimnastlarımız uğurla çıxış edərək növbəti mərhələlərə yüksəlib, ölkəmizi layiqincə təmsil ediblər.


İkili-mini batut üzrə gənclərdən ibarət komandamız finala yüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eyni zamanda Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizə aparıb.


Tamblinq üzrə çıxışlar xüsusilə yadda qalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.


Bu çempionat Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.


Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR