son dəqiqə SON DƏQİQƏ
Murad Məmmədovun komandasının əsas raundda rəqibləri müəyyənləşib "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı -

Kaxaber Tsxadadze: "Qəbələ"nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı“

Bölmə adı Azərbaycan / Premyer Liqa
Yayımlandı 12-04-2026, 19:27

Misli Premyer Liqasının XXVII turunda "Qəbələ" öz meydanında "İmişli"yə məğlub olub - 0:1.


Sport1.az xəbər verir ki, matçdan sonra ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.


"Çox acı məğlubiyyət oldu. Hamı bilir ki, "İmişli" böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi, bundan çox yaxşı istifadə edirlər. Bu, qışdan sonra onların ilk qələbəsi idi. Onlara qarşı bu cür səhv etmək olmaz. Təəssüf ki, standart vəziyyət zamanı səhvə yol verdik. Topa nəzarət edirdik, rəqibin cərimə meydançasına daxil olurduq, sadəcə sonluq yox idi. Azarkeşlər narahat olur, onları da başa düşürük. "Qəbələ"nin bu durumda olması onları da narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Hər şeyi edəcəyik ki, Premyer Liqada qalaq. Bu matçda sonluğu heç cürə gətirə bilmədik".


- "İmişli"nin öz stadionu da yoxdur. Amma onlar " Qəbələ"dən daha üst pillədə qərarlaşıb. Nəyə görə belədir?

- Özümüz də bilirik ki, səhvlərimiz hardadır. "Qəbələ"nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı. Amma biz geri qayıtdıq. I Liqada 17 xallıq fərqlə çempion olduq. Ya gərək çempion olan komandanı dağıdıb tamamilə legionerlərdən heyət qurardıq. Bu da düzgün deyildi. Çünki bizi çempion edən futbolçulara şans verməliydik. Ona görə heyəti dağıtmadıq. "Qəbələ" bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində oynayırdı. İndi isə məqsəd liqada qalmaqdır. Bu gün kimsə desə ki, "İmişli" bizdən yaxşı oynadı, bununla razı olmaram. Çünki cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldu. Biz I Liqadakı heyətimizin 95 faizini saxladıq. Həmin vaxtı da hamı razı idi ki, o futbolçuların əməyi olub, onları saxlamaq lazımdır. Bir az bəxt də gətirmir. 20-30 ildir məşqçilik edirəm. Müəyyən şeyləri üzərimizə götürmüşüksə, bunu sona qədərə davam etdirməliyik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR