Türkiyənin "Beşiktaş" və "Trabzonspor" komandalarının avrokuboklardakı rəqibləri müəyyənləşib.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.
İstanbul nəhəngi Almaniyanın "Bayer" (Leverkuzen), Fransanın "Marsel", Şotlandiyanın "Seltik", Belçikanın "Union", Kiprin "Omoniya", İngiltərənin "Kristal Pelas", Almaniyanın "Hoffenhaym" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları ilə üz-üzə gələcək.
"Trabzonspor" isə Konfrans Liqasının Liqa mərhələsində yarışacaq.
Fatih Tekkenin baş məşqçisi olduğu kollektiv Almaniyanın "Frayburq", Serbiyanın "Srvena Zvezda", Finlandiyanın "KuPS", Şotlandiyanın "Harts", Bolqarıstanın ÇSKA və Çexiyanın "Yablonets" komandaları ilə qarşılaşacaq.