son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ●

"Qarabağ"ın üzvü MLS klubunun təklifini rədd edib - ÖZÜ AÇIQLADI

Bölmə adı Futbol
Yayımlandı 27-03-2026, 12:47

"MLS-dən imtina etdim".


Sport1.az xəbər verir ki,  bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.


O, Polşa mətbuatına müsahibəsində ABŞ-nin MLS Liqasına transfer imkanını rədd etdiyini bildirib:


"Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandırır. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm".


Koxalski, həmçinin UEFA Çempionlar Liqasında SSC Napoli ilə keçirilən oyuna da toxunub:


"Məğlubiyyətə baxmayaraq bu qarşılaşmanı yaxşı xatırlayıram. Oyundan sonra razı qalmasam da, müsbət məqamlar çox idi. Bir neçə yaxşı qurtarış etdim. Təkcə yaxınlarımdan yox, digər insanlardan da təbriklər aldım. Hətta matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfər mənə yaxınlaşıb dedi ki, belə davam edim və inkişafdan qalmayım. Bu, mənim üçün böyük motivasiya oldu".


Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin avqust ayından etibarən “Qarabağ”ın formasını geyinir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR