
Bruno Fernandeş mövsüm bitən kimi gələcəyi ilə bağlı qərar verəcək.
Sport1.az xəbər verir ki, o, “Mançester Yunayted”in parlaq gələcəyinə şübhə etdiyindən tərəddüddədir.
Portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından bir neçə təklif alıb.
O, razılıq verəcəyi təqdirdə İngiltərədə qazandığının 3 mislini əldə edəcək. Amma Bruno öncə digər Avropa klublarının təkliflərini nəzərdən keçirmək niyyətindədir.
Fernandeşi almaq istəyənlər 57 milyon funt-sterlinqlik sərbəstqalma bəndini aktivləşdirməlidir.