son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ●

FIFA 2026-cı il dünya çempionatı üçün yeni qaydalar tətbiq edir

Bölmə adı Futbol
Yayımlandı 27-03-2026, 11:24

FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydalar təqdim edib.


Sport1.az xəbər verir ki, təşkilat beş yeni dəyişiklik tətbiq edir.


Matç zamanı əvəzlənən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Bu limit aşılarsa, onu əvəz edən oyunçu əlavə olaraq bir dəqiqə gözləməli olacaq. Aut atışı və qapıdan zərbələr üçün komandaya maksimum beş saniyə vaxt veriləcək.


Oyunçuya tibbi yardım göstərilərkən epizod sarı və ya qırmızı vərəqə ilə cəzalandırılmırsa, o, bir dəqiqəlik meydanı tərk etməli olacaq. VAR sistemi mübahisəli künc zərbələri və ikinci sarı vərəqə hallarında oyuna müdaxilə edə biləcək. Artıq hakimə izah üçün yalnız kapitan sarğısı olan futbolçu müraciət edə biləcək.


Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR