son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ●

Danışığını bilməyən AFFA əməkdaşları - YAZI

Bölmə adı Yazı
Yayımlandı 27-03-2026, 01:15

​İctimai TV-də yayımlanan "Off TOP" verilişinin qonağı olan İlqar Qurbanov maraqlı açıqlama ilə diqqət çəkməyə çalışıb. Millinin direktoru proqramda "McDonald's" yediyinə görə Berti Foqtsun onu yığmaya çağırmadığını dilə gətirib.


​Bu açıqlama vaxtında verilsəydi, rezonans doğurardı və hamı İlqar Qurbanovun tərəfində durardı. İndi isə artıq gecdir. Millinin direktoru deyir ki, həmin vaxt AFFA rəhbərliyindən heç kim onun tərəfində durmayıb. Hörmətli İlqar Qurbanov, həmin vaxt AFFA İcraiyyə Komitəsinin üzvü olan dayınız İsgəndər Cavadov da sizə dəstək olmayıb? Yoxsa İK-dakı yerini, AFFA-dakı işini itirməkdən qorxub?


​İlqar bəy, "McDonald's" yəni brendin özü yənilmir, orada burger yeyilir. Yəqin ki, bunun fərqini bilmədiyiniz üçün Berti Foqts sizi milliyə dəvət etməyib.


​Keçək Ayxan Abbasova! Dünənki mətbuat konfransında yığmanın baş məşqçisinə "Yusif İmanov niyə milliyə çağırılmayıb?" sualı verilib. Cavab fantastikadır: "Niyə çağırılmalı idi? İhi-ihi!"


​Deyiləcək söz yoxdur! İzahatdan intellekt yağır, bütün ölkə aydınlandı. Bu açıqlamadan sonra hamıya bəlli oldu ki, Ayxan Abbasov "Sabah" rəhbərliyinin qisasını Yusif İmanovdan almır.


​Vallah, millinin baş məşqçisinin mütəmadi olaraq meydanda olan oyunçunun yığmaya çağırılmama səbəbini izah edə bilməməsi biabırçılıqdır! Suala sualla cavab verərək gülməsinin özü utanc vericidir.


​Rövşən Nəcəfə, Sərxan Hacıyevə, Cahangir Fərəcullayevə qibtə edirəm. Belə şəxsləri işlə təmin edirlər ki, onlar nəinki iş görmək, hətta danışıq qabiliyyətlərinin olmadığını da hamıya göstərirlər.


İLKİN SULTANLI 

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR