son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ●

U-21 millisiniz üzvü: "Əsas yığmadan dəvət gözləyirdim"

Bölmə adı Futbol
Yayımlandı 26-03-2026, 15:43

“Martın 20-dən komandadayam və hazırlıq prosesindəyik. Məşqlərimiz kifayət qədər uğurlu keçir. Bu gün Portuqaliya ilə oyun öncəsi son məşqimiz olacaq. Maraqlı qarşılaşma gözləyirik. Rəqibin gücündən xəbərdarıq. İnşallah, nəticə bizim xeyrimizə olar”.


Sport1.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın U-21 millisinin futbolçusu Oruc Məmmədov səsləndirib. O, AVRO-2027-nin seçmə mərhələsində Portuqaliyaya qarşı keçiriləcək oyundan əvvəl media nümayəndələrinin suallarını cavablandırıb.


Portuqaliya millisindən çəkinirsiniz, yoxsa bu cür güclü rəqibə qarşı özünüzü sübut etmək üçün motivasiyanız daha yüksəkdir?


Belə rəqiblərlə daha əvvəl də qarşılaşmışıq, müəyyən təcrübəmiz var. Məqsədimiz meydandan ən azı bir xal ilə ayrılmaqdır.


Ayxan Abbasovun rəhbərliyi altında “Şamaxı”da da çıxış edirsən. A millidən dəvət gözləyirdin, yoxsa U-21-də mütəmadi oynamaq sənin üçün daha məqsədəuyğundur?


Hər bir futbolçunun əsas hədəfi milli komandanın əsas heyətinə düşməkdir. Mən də A millidən çağırış gözləyirdim. Lakin məşqçilər heyəti hazırda U-21-də çıxış etməyimi daha məqsədəuyğun hesab edib. Verilən qərarı anlayışla qarşılayıram.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR