son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ●

"Liverpul" Xavi Alonsonu düşünür

Bölmə adı Futbol
Yayımlandı 26-03-2026, 16:05

Xabi Alonso mövsümün sonunda "Liverpul"da Arne Slotu əvəz edə bilər.


Sport1.az "Bild"ə istinadən xəbər verir ki, mersisayd klubu yayda niderlandlı mütəxəssislə yollarını ayıra bilər.


 "Brayton"a 1:2 hesablı məğlubiyyət (mövsümdə 10-cu) Slotun gələcəyinə ciddi təsir edib. Bildirilir ki, o, yalnız Çempionlar Liqası uğrunda rəqabətdə rəqiblərin zəif nəticələrinə görə dərhal istefaya göndərilməyib.


Alonso artıq əsas namizəd kimi müəyyənləşdirilib. İspaniyalı mütəxəssis mövsümün ortasında yox, məhz yayda komandaya qoşulmaq istəyir.


Qeyd olunur ki, “Liverpul” rəsmi təklif edərsə, Alonso bunu heyətin formalaşdırılmasına təsir etmək şərti ilə qəbul etməyə hazırdır. O, əvvəlki təcrübələrdən sonra transfer siyasətində söz sahibi olmaq istəyir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR