
Dünyaca məşhur mütəxəssis Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacağı təqdirdə mümkün işi üçün məşqçilər korpusunu formalaşdırmağa başlayıb.
Sport1.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis David Bettoni və Hamid Msaidini öz məşqçilər heyətinə dəvət edib.
Hər iki mütəxəssis daha əvvəl də Zidanla birlikdə “Real Madrid”də çalışıb.
Xatırladaq ki, daha öncə Zidanın Fransa Futbol Federasiyası ilə milli komandanın baş məşqçisi vəzifəsi üçün şifahi razılığa gəldiyi bildirilirdi.
Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.