son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ●

Azərbaycan təmsilçilərindən uğurlu çıxış

Bölmə adı Digər
Yayımlandı 25-03-2026, 12:51

Azərbaycan idmançıları Gürcüstanda keçirilmiş üzgüçülük üzrə Kutaisi Açıq Yaz Kubokunda uğurlu çıxış edərək ümumilikdə 47 medal qazanıblar.


Sport1.az xəbər verir ki, yarışda ölkəmizi 8 üzgüçü təmsil edib: milli komandanın üzvləri Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı və Süleyman İsmayılzadə, eləcə də Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev.


Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüblər.


Həmçinin yarış Azərbaycan üzgüçüləri üçün rekord nəticələrlə də əlamətdar olub: Mehri Əbdürəhmanlı 50 metr arxasıüstə üzmə növündə 31.47 saniyə nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib, Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda 3:54.70 nəticə ilə yeni ölkə rekorduna imza atıb.


Medal qazanmış Azərbaycan üzgüçülərinin siyahısını diqqətinizə təqdim edirik:


Anastasiya Qnusina – 7 qızıl, 4 gümüş​

Fərhad Şirməmmədli – 3 qızıl, 4 gümüş, 1 bürünc

Süleyman İsmayılzadə – 3 qızıl, 1 gümüş, 1 bürünc

Mehri Əbdürəhmanlı – 2 qızıl, 4 gümüş, 1 bürünc

Safiya Səmədova – 2 qızıl, 3 gümüş, 1 bürünc

Mehdi Muxtarlı – 1 qızıl, 1 gümüş, 1 bürünc

Yusif Sofiyev – 2 gümüş, 4 bürünc

Arif Tapdıqov – 1 bürünc

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR