son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ●

Afrikalı futbolçu "Qarabağ"a baxışa gəldi

Bölmə adı Futbol
Yayımlandı 24-03-2026, 12:03

Nigeriyanın “Komfort Edge” klubunda çıxış edən Onyema Çukvumaobim karyerasını davam etdirmək məqsədilə Azərbaycana gəlib.


Sport1.az-ın Afrika mətbuatına istinadən yaydığı məlumata görə, 18 yaşlı cinah oyunçusu “Qarabağ”ın dəvəti əsasında ölkəmizə səfər edib.


Bildirilib ki, Ağdam təmsilçisinin akademiyasının baş koordinatoru Aftandil Hacıyev futbolçunu bir müddət əvvəl “Obasa Cup” turniri zamanı diqqətə alıb. Gənc vinger yaxın günlərdə klubda baxışdan keçəcək və məşqçilər korpusunun rəyi həlledici olacaq.


Əgər nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq. Bu halda o, mövsümün sonuna qədər akademiyada çıxış edəcək və aşağı yaş qruplarında oynayacaq. Göstərəcəyi performans yüksək olarsa, növbəti mövsümdə əsas komandaya yüksəlmək şansı qazanacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR