son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ●

Fransa millisinin sabiq üzvü futbolla vidalaşdı

Bölmə adı Futbol
Yayımlandı 24-03-2026, 11:46

Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payet peşəkar futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.


Sport1.az xəbər verir ki, martın 29-da 39 yaşı tamam olacaq oyunçu bu barədə Liqa 1-in canlı yayımı zamanı məlumat verib.


Onun karyerasında sonuncu klub 2025-ci ilin yayında ayrıldığı Braziliyanın "Vasko da Qama" təmsilçisi olub.


Payet karyerasının böyük hissəsini "Marsel"də keçirib. O, bu klubun heyətində meydana çıxdığı 326 matçda 78 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi müxtəlif illərdə "Sent-Etyen", "Lill", "Vest Hem" və "Nant" klublarının da formasını geyinib.


Qeyd edək ki, Dimitri Payet Fransa yığmasının heyətində keçirdiyi 38 oyunda 8 dəfə fərqlənib. O, AVRO-2016-nın gümüş mükafatçısıdır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR