son dəqiqə SON DƏQİQƏ
I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ●

Akademiyalar üçün yeni mərhələ: AFFA-dan inkişaf siqnalı və böyük dəyişikliklərə start

Bölmə adı Futbol
Yayımlandı 23-03-2026, 12:14

Ehtiyacların təhlili və dəstək prosesi” çəçivəsinin ilk mərhələsi olan Misli Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.


Sport1.az xəbər verir ki, klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.


Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi “5-Ulduz Akademiya İnkişaf Modeli” çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.


Hər bir akademiya ilə fərdi təqdimat, mövcud vəziyyətin şəffaf təhlili, güclü tərəflərin vurğulanması, inkişafa ehtiyacı olan istiqamətlər üzrə detallı geribildirim və növbəti addımların müzakirəsi həyata keçirilib. Ziyarətlər nəticəsində müəyyən edilən ehtiyaclara və akademiya rəhbərlərindən alınan geribildirimlərə uyğun olaraq AFFA tərəfindən klub akademiyalarına dəstək tədbirlərinin təqdim edilməsi planlaşdırılır.


Bu proses təkcə qiymətləndirmə deyil, həm də akademiyaların inkişafı üçün praktik dəstək mexanizmi yaratmağı hədəfləyir. Məqsəd Azərbaycan futbolunun bazasını təşkil edən uşaq və gənclər sisteminin uzunmüddətli, dayanıqlı və peşəkar şəkildə inkişaf etdirilməsidir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR