son dəqiqə SON DƏQİQƏ
I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ●

ABŞ klubunun baş məşqçisi: "Nəriman komandaya dinamika qatacaq və ümumi səviyyəni yüksəldəcək"

Bölmə adı Futbol
Yayımlandı 23-03-2026, 12:04

İnanıram ki, Andre Qomes və Nəriman Axundzadə kimi yeni futbolçular komandaya dinamika qatacaq və ümumi səviyyəni yüksəldəcəklər. 


Sport1.az xəbər verir ki bunu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-ın “Kolambus Kryu” klubunun baş məşqçisi Henrik Ridström deyib.


İsveçli mütəxəssis bu fikirləri “Toronto”ya qarşı keçirilən oyundan sonra klubun rəsmi saytına açıqlamasında səsləndirib:


“Qarşıdakı müddətdə toparlanmaq, səhvlərimizi aradan qaldırmaq və komanda kimi daha sıx birləşmək üçün imkanımız var. Amma bunun üçün heyətdaxili rəqabəti gücləndirməliyik. Hazırda meydanda kifayət qədər cəsarətli çıxış etmirik. İnanıram ki, Andre Qomes və Nəriman Axundzadə kimi yeni futbolçular komandaya dinamika qatacaq və ümumi səviyyəni yüksəldəcəklər. Onların gəlişi ilə daha ciddi mübarizə aparmaq vacibdir”.


Qeyd edək ki, Nəriman Axundzadə sözügedən qarşılaşmada 88-ci dəqiqədə oyuna daxil olub və bununla da MLS-də çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Görüş “Toronto”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR