son dəqiqə SON DƏQİQƏ
I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ●

"Liverpul"da "yarpaq töküm"ü baş verə bilər

Bölmə adı Futbol
Yayımlandı 20-03-2026, 14:21

"Liverpul" yayda beş və ya altı oyunçusu ilə yollarını ayırmağa hazırdır.


Sport1.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.


"Mersisaydlılar"ın ayrılıq yolu mövqeyindən narazı olan hücumçu Məhəmməd Salahdan başlaya bilər.


Salahdan əlavə, "Liverpul" gələn yay müqaviləsi başa çatacaq müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir. "Qırmızılar" oyunçuya yeni müqaviləni nəzərdən keçirmək üçün aprelin əvvəlinə qədər vaxt verib.


"Liverpul" klubdakı 2 mövsümü ərzində baş məşqçi Arne Slotun dəstəyini qazana bilməyən cinah yarımmüdafiəçisi Federiko Kyeza üçün təklifləri nəzərdən keçirəcək.


Müdafiəçi Jozef Qomezin gələcəyi əsasən Konatenin "Liverpulda"kı statusundan asılıdır. O, az oyun şansı almasından narazıdır. Digə bir ayrılıq ehtimalı isə Kurtis Cons barədədir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR