son dəqiqə SON DƏQİQƏ
"Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ●

PSJ-də ciddi itki

Bölmə adı Futbol
Yayımlandı 19-03-2026, 11:06

PSJ klubunun cinah oyunçusu Bredli Barkola ciddi zədə alıb.


Sport1.az xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" komandasına qarşı keçirilən cavab oyununda meydanı xərəkdə tərk edib.


Görüşdə fərqlənərək komandasının ikinci qolunu vuran 23 yaşlı oyunçu qısa müddət sonra zədələnərək oyunu davam etdirə bilməyib.


Aparılan tibbi müayinədən sonra Barkolaya sağ topuğunda ağır burxulma diaqnozu qoyulub. Klub rəsmi açıqlamasında onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.


Bununla da, o, Fransa millisinin mart ayındakı təlim-məşq toplanışını buraxacaq. Bundan əlavə, cinah oyunçusunun PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində "Qalatasaray" – "Liverpul" cütünün qalibi ilə keçiriləcək oyunda iştirak etməsi sual altına düşüb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR