son dəqiqə SON DƏQİQƏ
"Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ●

Kubokları əllərindən alındı - ŞOK QƏRAR

Bölmə adı Futbol
Yayımlandı 18-03-2026, 13:20

Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə qalib gələn Seneqala texniki məğlubiyyət verilib.


Sport1.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) qərar qəbul edib.


Buna səbəb final görüşündə seneqallıların baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə bir müddət meydanı tərk etməsi göstərilib.


Belə ki, final matçda İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edilib. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olunub. Bu da seneqallıların kəskin etirazına səbəb olub. Nəticədə Mərakeş CAF-a şikayət məktub ünvanlayıb.


CAF Apellyasiya Şurası oyun zamanı baş verən hadisəni mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib. Yeni qərara əsasən, kubok Seneqaldan alınaraq Mərakeşə təqdim olunacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR