
“Nyukasl”ın azarkeşləri Bakıda gördükləri münasibətlə bağlı paylaşım ediblər.
Sport1.az xəbər verir ki, İngiltərə klubunun fan qrupu X sosial şəbəkəsində Azərbaycan xalqına təşəkkür mesajı yayımlayıb. Paylaşım UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Nyukasl” görüşündən (1:6) bir gün sonra edilib.
Bildirilib ki, səfər zamanı göstərilən diqqət və qonaqpərvərlik yüksək səviyyədə olub: “Bakıda keçirdiyimiz günlər ərzində bizə göstərilən münasibətə görə təşəkkür edirik. Şəhər çox gözəldir və fürsət yaranarsa, hər kəsə buranı görməyi məsləhət görərik. Bu, indiyədək yaşadığımız ən yaddaqalan səfərlərdən biri idi”.

Qeyd edək ki, paytaxtda baş tutan qarşılaşmanı tribunadan təxminən 2000 ingilis azarkeş izləyib.