
“Əl Nəsr” baş məşqçisi Jorje Jesusla müqaviləni uzatmaq istəyir.
Sport1.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssislə danışıqlara start verib. Bu barədə “Al Riyadiyah” nəşri məlumat yayıb.
Jesus klubda qalmaqdan yanadır. Mütəxəssisin yeni müqavilə üçün tək şərti həmyerlisi Kriştiano Ronaldonun komandada qalmasıdır. O, portuqaliyalının klubda oynamağa davam edəcəyinə təminat alacağı halda, yeni sözləşməyə imza atacaq.
Ronaldo bir müddət əvvəl iki həftəlik boykot qərarı vermiş və klub işçilərin maaşlarını ödəmədiyi üçün oyunlara çıxmamağa qərar vermişdi. “Əl Nəsr” məvacibləri ödəyib və Ronaldo etirazı dayandırıb.